Elm və təhsil
Azərbaycanda ilk: Abituriyentlərin ixtisas seçiminə...
Süni intellekt əsasında yaradılan “Kodlasan” platforması istifadəçilərə 15 ixtisasdan ibarət seçim siyahısı təqdim edir.
Publika.az xəbər verir ki, Azərbaycanda abituriyentlərin universitet və ixtisas seçimini sadələşdirən “Kodlasan” platforması istifadəyə verilib.
Müasir alqoritmlərə əsaslanan bu platforma qəbul balınızı, maraqlarınızı və karyera hədəflərinizi nəzərə alaraq fərdi profilinizi təhlil edir. Daha sonra isə abituriyentin istəyinə və əmək bazarında son tendensiyalara uyğun olaraq 15 ixtisasdan ibarət seçim siyahısı təqdim olunur. Tövsiyələr istifadəçi tərəfindən daxil edilən meyarlar, Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif illərdə tələbə qəbulu ilə bağlı toplanan məlumatlar və xüsusi alqoritmlərə əsasında formalaşır.
Platformanın xidmətlərindən faydalanmaq üçün www.kodlasan.az saytına daxil olmaq və “Qeydiyyat” bölməsindəki xanaları doldurmaq lazımdır. Qeydiyyat üçün sizdən sadəcə Ad/Soyad, elektron poçt ünvanı, telefon, iş nömrəsi, məktəb və topladığınız bal barəsində məlumatların daxil edilməsi istənilir. İstifadəçilərin şəxsi informasiyalarının mühafizəsinə xüsusi diqqətlə yanaşılır və onların təhlükəsizliyi daima təmin edilir.
Bakalavr pilləsinə qəbul prosesində ən yaxın yardımçınız olacaq platformanın xidmətlərindən istifadə ödənişli əsaslarla aparılır. Mövcud qiymətlərlə rəsmi sayt vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, “Kodlasan” Azərbaycanda süni intellekt əsasında yaradılan ilk platformadır. Ölkəmizin təhsil sahəsinə inqilabi yenilik gətirən bələdçi-platforma beynəlxalq mütəxəssislər və texniki heyətdən ibarət komandaya malikdir.
Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya və ya poçt ünvanımıza yaza bilərsiniz:
Parlaq gələcəyinizi bizimlə kodlaşdırın!
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi





















.jpg)



.webp)










