Elm və təhsil
AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidməti məlumat yayıb.
"Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur.
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir. Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim etmişdir.
Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır. İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunmuşdur", -məlumatda qeyd edilib.
Qeyd olunan videogörüntünü və fotoları ictimaiyyətə təqdim edirik:
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































