Elm və təhsil
Magistraturaya ixtisas seçimi başladı
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.
Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar 26 iyul saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı "Magistr" jurnalının 4-cü nömrəsində təqdim olunub).
Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
"Magistr" jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













