Rəsmi xronika
Şagird və müəllimlərin geyim qaydaları hüquqi müstəviyə keçirildi
Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Sənədə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.
Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.
Qeyd edilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.
Prezidentin qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmana əsasən isə Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib dövlət başçısına məlumat verməlidir.
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı
-
Hadisə12:40"Arzum" azadlığa buraxıldı
-
Dünya12:24Nadir hadisə: Tək yumurtadan dördəm doğuldu - FOTO
-
MDB11:30Rusiyanın cənubuna güclü hücum – Müdafiə Nazirliyi bəyanat yaydı
-
Nida Xəbər 10:51Əli Əsədov qərar imzaladı









.jpg)
.jpg)









.jpg)
















