İdman
Messi DÇ-2026-nın ən yaxşısı seçildi
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Argentina millisinin hücumçusu Lionel Messini futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçib.
Publika.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
121 ölkədən 472 jurnalistin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, 39 yaşlı argentinalı 1179 xal toplayıb. Bu göstəriciyə görə o, fransalı Kilian Mbappeni (717 xal) və ingiltərəli Cud Bellinqemi (470 xal) qabaqlayıb.
Dünya çempionatında Messi səkkiz qol vurub və hesabında on qol olan Mbappeden sonra ikinci mövqedə qərarlaşıb.
İspaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatının finalında Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə vaxtda isə "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.
Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda oynayıb. Enso Fernandes top uğrunda mübarizədə Pau Kubarsinin ayağına sərt zərbə endirdiyinə görə ikinci sarı vərəqəni alıb. Fernandes 82-ci dəqiqədə hakimə qışqırdığı və qayda pozuntusunun təyin olunmasını tələb etdiyi üçün sarı vərəqə almışdı.
Hüseyn İbadlı
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
















.jpg)



















