Sosial
Bakı metrosunda iş rejimi dəyişdirilir
“Neftçi” və “Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar “Bakı Metropliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.
Bu barədə Publika.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri bu gün “Neftçi” – “Dinamo” (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən “Xalqlar dostluğu” stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
Sabah isə “Qarabağ” – ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı “Gənclik”, o cümlədən “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.
Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq. Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.
Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
































.jpg)
