Hadisə
Lənkəranda avtomobil yol kənarında olan şəxsi vuraraq öldürdü
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel Astra” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan, Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb. Avtomobil daha sonra ağaca çırpılaraq dayanıb.
Ətrafdakıların köməyi ilə T. Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)