Elm və təhsil
Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarında iştirak edən 17 694 nəfərin 9 800 nəfəri məqbul qiymət alaraq ixtisas seçimi mərhələsinə buraxılıb. Beləliklə, imtahanda iştirak edənlərin 55,4 faizi qabiliyyət imtahanlarından uğurla keçib.
Publika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumilikdə V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarına 23 903 nəfər qeydiyyatdan keçib. Onlardan 6 209 nəfər imtahana gəlməyib, 7 894 nəfər isə qeyri-məqbul qiymətləndirilib.
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları 14 ixtisas üzrə təşkil olunub. Qeydiyyatdan keçən 1 449 nəfərdən 608 nəfəri hər iki mərhələnin sonunda müsbət qiymət alıb, 213 nəfər imtahana gəlməyib, 628 nəfər isə qeyri-məqbul qiymət alıb. İmtahanda iştirak edən 1 236 nəfərin 49,2 faizi müsbət nəticə göstərib.
Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanları 6 ixtisas üzrə keçirilib. Bu istiqamət üzrə 7 689 nəfər qeydiyyatdan keçib. Onlardan 3 041 nəfər müsbət qiymət alıb, 1 350 nəfər imtahana gəlməyib, 3 298 nəfər isə qeyri-məqbul qiymətləndirilib. İmtahanda iştirak edən 6 339 nəfərin 47,97 faizi müsbət nəticə göstərib. “Dizayn” ixtisasında qabiliyyət imtahanının nəticəsi bu ildən etibarən “məqbul”la qiymətləndirilib.
Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları 5 ixtisas üzrə keçirilib. Qeydiyyatdan keçən 1 024 nəfərdən 253 nəfər müsbət qiymət alıb, 469 nəfər imtahana gəlməyib, 302 nəfər isə qeyri-məqbul qiymətləndirilib. İmtahanda iştirak edən 555 nəfərin 45,6 faizi müsbət nəticə göstərib.
Bu il “Aktyor sənəti” ixtisası üzrə müsabiqə şərti 60 baldan 100 bala, “Xoreoqrafiya sənəti” ixtisası üzrə isə 30 baldan 50 bala yüksəldilib.
İdman istiqaməti üzrə üç komissiya çərçivəsində 31 ixtisas üçün qabiliyyət imtahanları təşkil olunub. Ümumilikdə 13 741 nəfər qeydiyyatdan keçib. Onlardan 5 898 nəfər müsbət qiymət alıb, 4 177 nəfər imtahana gəlməyib, 3 666 nəfər isə qeyri-məqbul qiymətləndirilib. İmtahanda iştirak edən 9 564 nəfərin 61,6 faizi müsbət nəticə göstərib.
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam













.jpg)


.jpg)




















