Elm və təhsil
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Bu il ali təhsil müəssisələrinin qəbul planı 97, 07 % dolub.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib:
"Onlardan 58 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28 108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30 522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcək".
Sədrin sözlərinə görə, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1 711 nəfər daha çox olduğunu müşahidə edilir:
"Eyni zamanda dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir".
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO























.jpg)










