Elm və təhsil
Xankəndi, Xocalı və Ağdərədə 21 abituriyent ali məktəbə qəbul olub
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonundan, ümumilikdə, 21 abituriyent ali məktəbə qəbul olub.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Onların 9-u Xankəndi şəhəri, 6-sı Xocalı, 5-i isə Ağdərə rayonunun ümumtəhsil məktəblərinin məzunlarıdır.
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr bu ərazilərdə təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Yeni yaradılan və müasir standartlara uyğun inşa edilən təhsil ocaqları şagird və tələbələrin keyfiyyətli təhsil alması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir təhsil infrastrukturunun formalaşdırılması və gənclərin təhsilə çıxış imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xankəndi, Xocalı və Ağdərədən ali məktəblərə qəbul olan gənclərin nəticələri də bu ərazilərdə təhsil həyatının yeni mərhələsinin formalaşdığını göstərən mühüm göstəricilərdən biridir.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















