Elm və təhsil
DİM ali məktəblərə qəbulun statistikasını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirilmənin nəticələrinə dair geniş statistik məlumatları yayımlayıb.
Publika.az xəbər verir ki, bu il müsabiqədə iştirak edən 87 146 nəfərdən 58 947-si (o cümlədən 4 215 subbakalavr) tələbə adını qazanıb. Ali məktəblərin qəbul planı ilk mərhələdə 97.07% dolub.
Ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər, dövlət sifarişi və dövlət hesabı ilə qəbul olanların sayı isə 290 nəfər artıb. Ümumilikdə 28 108 nəfər ödənişsiz, 30 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 12 mülki ali təhsil müəssisəsində isə plan yerləri 100% dolub.
Ali təhsil müəssisələrinə qəbul olunan şəxslər avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) elektron qaydada "my.gov.az" portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin qəbuldan imtina etməsi kimi qiymətləndiriləcək.
I mərhələnin nəticələrinə əsasən, boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, ikinci mərhələ balı 100-dən az olmayan abituriyentlər buraxılır.
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır














.jpg)








.jpg)











