Elm və təhsil
Marsda daimi insan bazaları nə vaxt qurulacaq? - Tarix açıqlandı
Marsda ilk daimi insan məskənlərinin yaxın onilliklərdə yaradılması mümkün hesab olunur.
Publika.az xəbər verir ki, kosmonavtika üzrə ekspert Maksim Tsukanovun sözlərinə görə, Qırmızı planetdə stasionar bazaların qurulması üçün təxminən 30-50 il lazım olacaq.
Ekspert bildirib ki, Marsa ilk qısamüddətli pilotlu ekspedisiyalar 2040-2050-ci illərdə həyata keçirilə bilər. Daimi bazaların yaradılması isə təxminən 2055-2075-ci illərə təsadüf edə bilər.
Tsukanovun sözlərinə görə, Marsa uçuşların əsas çətinliklərindən biri planetlərarası uçuş pəncərələrinin məhdud olmasıdır. Belə imkanlar təxminən 26 aydan bir yaranır, uçuşun özü isə 6-9 ay davam edir.
Gələcək Mars bazalarının fəaliyyət göstərməsi üçün enerji təchizatı, kosmik radiasiyadan qorunma, tam və ya yüksək səviyyədə avtonom həyat təminatı kimi problemlər həll edilməlidir.
Bununla belə, Marsın Ayla müqayisədə müəyyən üstünlükləri var. Planetdə atmosfer, su ehtiyatları mövcuddur və səthdə cazibə qüvvəsi Yerdəkindən təxminən 38 faiz təşkil edir.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














