Elm və təhsil
“Almaz yağışı”nın sirri açıldı: Yaxın gələcəkdə...
Alimlər ilk dəfə laboratoriya şəraitində Neptun və Uranın dərinliklərində baş verdiyi ehtimal olunan əsl “almaz yağışı”nın fiziki şəraitini eksperimental şəkildə canlandırıblar.
Publika.az xəbər verir ki, araşdırma Lorens Livermor Milli Laboratoriyasının (LLNL) fizikləri tərəfindən Roçester Universitetindəki “Omega” lazer qurğusunda aparılıb. Tədqiqatın nəticələri “Nature Physics” jurnalında dərc olunub.
Təcrübə zamanı alimlər güclü lazer impulsu ilə almaz nümunəsinin xarici qatını buxarlandırıblar. Nəticədə yaranan zərbə dalğası almazın daxilindən keçərək onu Yer kürəsinin mərkəzindəki təzyiqdən üç dəfədən də yüksək təzyiq altında sıxıb.
Bu zaman temperatur qısa müddətə Günəşin səthindəki temperaturla müqayisə oluna biləcək həddə çatıb. Ekstremal şərait təxminən saniyənin milyardda biri qədər davam edib.
Əldə olunan nəticələr almazın ərimə temperaturu ilə bağlı uzun müddətdir davam edən mübahisəyə də aydınlıq gətirib. Yeni ölçmələr göstərib ki, eksperimental nəticələr müasir kvant-mexaniki modellərlə uyğun gəlir.
Alimlərin diqqətini daha çox çəkən məqam isə müəyyən ekstremal şəraitdə bərk almazın maye karbondan daha az sıxlığa malik olması olub.
Məhz bu xüsusiyyət Neptun və Uranın dərinliklərində “almaz yağışı”nın yaranmasında mühüm rol oynaya bilər. Bu planetlərin daxilində temperatur və təzyiq o qədər yüksəkdir ki, karbohidrogenlər parçalanaraq karbona çevrilə, karbon isə almaz kristalları yarada bilər.
Yaranan almaz kristalları daha dərin qatlara doğru hərəkət edərək istilik yarada bilər. Alimlərin fikrincə, bu proses Neptunun Günəşdən aldığı enerjidən xeyli çox enerji yaymasının səbəblərindən biri ola bilər.
Araşdırmanın nəticələri təkcə planetologiya üçün deyil, həm də termonüvə sintezi sahəsi üçün əhəmiyyət daşıyır. Hesablamalara əsasən, yeni yanaşma gələcəkdə termonüvə reaksiyalarından əldə olunan enerjinin təxminən üç dəfə artırılmasına imkan verə bilər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














