Elm və təhsil
60 il əvvəl çəkilmiş fotoda yadplanetli gəmisi - NASA-dan açıqlama
Ufoloq Skott Uorinq 1967-ci ildə çəkilmiş Ay görüntüsündə uzunluğu 5,5 kilometr olan yadplanetli gəmisini aşkar etdiyini iddia edib.
Publika.az xəbər verir ki, bu barədə “International Business Times” məlumat yayıb.
"UFO Sighting Daily" saytının tədqiqatçısı olan Uorinq kosmik gəmi kimi "Teofil" zərbə kraterinin yaxınlığında görünən uzunsov ləkəni təqdim edib. Sözügedən foto 1967-ci il fevralın 23-də “Lunar Orbiter-3” aparatı tərəfindən çəkilib.
Ufoloq bu görüntünün yadplanetlilərin insanların Aya enişindən əvvəl onları izlədiyinin “100 faiz sübutu” olduğunu iddia edib. Onun sözlərinə görə, 5,5 kilometrlik obyekt yadplanetlilərin standartlarına görə kiçik sayılır.
“Biz insanlar üçün bu nəhəng görünür, lakin yadplanetlilər üçün bu, sadəcə kiçik bir şattldır”, - Uorinq bildirib.
Lakin ufoloq bu iddialarını təsdiqləyən heç bir dəlil təqdim etməyib. NASA isə onun növbəti “kəşfini” pareidoliya - insan beyninin təsadüfi işıq və kölgə formalarında tanış görüntülər görməsi ilə izah edib.
Alimlərin fikrincə, Ayın səthindəki sözügedən ləkə işıq və kölgələrin təsadüfi birləşməsindən yaranıb.
Qeyd edək ki, Uorinq daha əvvəl Marsda qədim sivilizasiyanın izlərini tapdığını da iddia etmişdi. O, Marsdan çəkilən fotoda düzbucaqlı dəliyə bənzəyən hissəsi olan böyük bir qayanı “qədim sivilizasiyanın izi” kimi təqdim etmişdi.
Müəllif: Adəm
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər














.jpg)


.jpg)



.jpg)






.jpg)









