Elm və təhsil
Bu məzunlar qızıl və gümüş nişanla təltif edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb.
Publika.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar liseyi və G.Əsgərova adına məktəb-lisey kompleksinin məzunları qızıl nişanla təltif ediliblər.
"Həmçinin 17, 26, 157, 189-190, 281 nömrəli tam orta ümumtəhsil məktəblərinin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli texniki-humanitar liseyi, 291 nömrəli ekologiya liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya və biologiya təmayüllü respublika liseyi, Texniki-humanitar lisey, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, G.Əsgərova adına məktəb-lisey kompleksi və Elitar gimnaziyanın məzunları isə gümüş nişana layiq görülüblər", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, qızıl və gümüş nişana layiq görülmüş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












