Elm və təhsil
MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlandı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.
“Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.
Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur”, - deyə məlumatda qeyd edilib.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

































