Elm və təhsil
Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirildi
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.
Universitetdən Publika.az-a bildirilib ki, rektor Şahin Bayramov yeni tədris ilinin başlanması münasibətilə qarşıda duran əsas hədəf və prioritet istiqamətlər barədə fikirlərini bölüşüb. Rektor yeni tədris ilinin yüksək səviyyədə təşkilinin, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin və universitetin inkişafının davamlı şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.
Sonra Qarabağ Universitetinin 2026/2027-ci tədris ili üzrə Elmi Şuranın illik iş planının təsdiqi məsələsi müzakirə olunub. Məsələ ilə bağlı təqdimat dinlənilib və universitetin yeni tədris ili üzrə əsas vəzifələrini əks etdirən illik iş planı təsdiqlənib.
İclasda, həmçinin 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun yekunları barədə məlumat verilib. Qəbul nəticələri, formalaşan tələbə kontingenti və tələbələrin universitet həyatına inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Elmi Şuranın iclasında yeni tədris ilinin təşkili vəziyyəti də nəzərdən keçirilib. Fakültə dekanlarının təqdimatları dinlənilib, tədris prosesinin təşkili, akademik resursların hazırlığı və tədris ilinin səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekununda fakültələrin 2026/2027-ci tədris ili üzrə tədris planları təsdiq edilib.
Sonda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub, cari məsələlər müzakirə edilib.
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?







.jpg)








.jpg)












.jpg)







.jpg)

