Elm və təhsil
Şagirdlərimiz riyazi məsələlərin şərhində çətinlik çəkir
Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər.
Publika.az APA-ya istinadla xəbər verir ki, bunu PİSA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, PİSA qiymətləndirmə sistemində istifadə olunan ballar qəbul imtahanlarında tətbiq edilən qiymətləndirmə sistemi ilə tamamilə fərqlidir.
Onun sözlərinə görə, PİSA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isə bu göstəricidən aşağı qiymətləndirilir.
“Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Məsələn, 500 bal orta səviyyəli nəticə hesab olunur. Əgər şagird 400 bal toplayıbsa, bu, daha aşağı nəticə deməkdir. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür”, – nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PİSA nəticələrindəki mövqeyi 49-cudur.
Nazir əlavə edib ki, Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub:
“Buna səbəb riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin artıq öz nəticəsini verməsidir. Burada riyaziyyat müəllimlərinin xüsusi rolu var”.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















