Elm və təhsil
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi - FOTO
Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində 179 şagird yeni tədris ilində 1-ci sinfə başlayıb.
Publika.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin 1-ci sinfinə 110 şagird qəbul olunub və hazırda məktəbdə 1052 şagird təhsil alır.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib. Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə isə 248 şagird təhsil alır, onlardan 11-i bu il birinci sinfə başlayıb. Xocalı rayonunun Ballıca kənd tam orta məktəbində ümumilikdə 192 şagird təhsil alır və bu il 11 uşaq birinci sinfə qəbul olunub.
Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində 87 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul olunub. Vəngli kənd tam orta məktəbində hazırda 93 şagird təhsil alır və bu il 4 şagird birinci sinfə başlayıb. Həsənriz kəndində fəaliyyət göstərən tam orta məktəbdə isə ümumilikdə 159 şagird təhsil alır, bu il 15 şagird birinci sinfə gedəcək.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)































