Elm və təhsil
“Qiyamət günü” toxumları bəlli oldu - Gələcəyin süfrəsində bunlar olacaq
Avstraliyalı alimlər minlərlə toxum partiyasını sınaqdan keçirərək hansı bitkilərin uzunmüddətli saxlanmaya daha davamlı olduğunu müəyyənləşdiriblər.
Publika.az xəbər verir ki, tədqiqat zamanı 6 tropik bitkinin 3861 toxum partiyası yoxlanılıb. Nəticələrə görə, maş (münq lobyası) və adi lobya onilliklər ərzində yüksək cücərmə qabiliyyətini qoruyub saxlayır. Xüsusilə maş toxumları 45 il saxlanıldıqdan sonra belə ən azı 90 faizi cücərmə qabiliyyətini qoruyub saxlaya bilir.
Araşdırma Avstraliya Taxıl Gen Bankında aparılıb. Burada toxumlar təxminən 15 faiz nisbi rütubətdə və mənfi 20 dərəcə temperaturda saxlanılır. Alimlər bildirirlər ki, əvvəlki nəzəri modellər bəzi toxumların yüzlərlə, hətta minlərlə il davam gətirəcəyini proqnozlaşdırsa da, real nəticələr bu müddətlərin xeyli qısa olduğunu göstərib.
Sınaqdan keçirilən bitkilər arasında ən zəif nəticə göyərçin noxudunda, ən qısa orta ömür isə 17,4 il ilə adzuki lobyasında (qırmızı lobya) qeydə alınıb.
Tədqiqatçılar hesab edirlər ki, toxum banklarının uzunmüddətli fəaliyyəti üçün toxumların vaxtaşırı yoxlanılması və yenilənməsi vacibdir.
Müəllif: Adəm
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









.jpg)































