Elm və təhsil
Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq
Yeni tədris ilində Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq.
Publika.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Bilik günü” tədbirində universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 115 nəfəri bu il qəbul olunan tələbələrdir:
“Ötən illə müqayisədə bu il tələbə qəbulunda 27% artım müşahidə olunub. Yeni qəbul olunan tələbələrdən 42 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır.
Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 647.2, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 667.5, qida mühəndisliyi ixtisasında ən yüksək bal 562.4 olub”.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat









.jpg)


.jpg)
























