Elm və təhsil
Nazir müavini əmr imzaladı: 2026-2027-ci tədris ili üçün...
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.
Əmrlə dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları, ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI siniflər, ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI siniflər, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları təsdiqlənib.
Həmçinin uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsili üçün olan tədris planları da təsdiqlənib.
"Bakı şəhəri "Vətən" idman liseyi", "Bakı şəhəri 1 nömrəli idman liseyi" və "Gəncə şəhəri idman liseyi"ndə ümumtəhsil fənlərinin tədrisi də bu əmrə müvafiq olaraq təşkil ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































