Elm və təhsil
Bağça müəllimlərinin sertifikatlaşdırılması iki mərhələdə keçiriləcək
Bağça müəllimlərinin sertifikatlaşdırılması məktəb müəllimlərində olduğu kimi iki mərhələdə keçiriləcək.
Publika.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesinə təxminən 12 min tərbiyəçi-müəllimin cəlb olunması nəzərdə tutulur.
E.Bağırovun sözlərinə görə, prosesin ilk mərhələsində test imtahanı keçiriləcək, daha sonra isə müsahibə təşkil olunacaq.
Agentlik rəhbəri qeyd edib ki, sertifikatlaşdırmanın noyabr ayında keçirilməsi və həmin ay ərzində başa çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, tərbiyəçi-müəllimlərə proseslə bağlı əvvəlcədən dəvət göndəriləcək və sertifikatlaşdırma barədə ən azı bir ay öncədən məlumat veriləcək.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































