Elm və təhsil
Hakimliyə namizədlərin seçim prosesi davam edir
Hakimliyə namizədlərin seçimi şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir. Belə ki, növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər namizədlə sentyabrın 26-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilir.
Publika.az xəbər verir ki, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
Dörd saat davam edəcək imtahanda hakimliyə namizədlər kazusları həll edərkən kazusun faktiki hallarına uyğun düzgün maddi hüquq normasının müəyyən edilməsi və tətbiqi, mübahisənin həlli ilə bağlı zəruri olan prosessual hüquq normalarının tətbiqi, habelə tətbiq edilən normaların məzmununu kazusun halları baxımından izahını vermək bacarıqlarını nümayiş etdirməlidirlər.
Qeyd edək ki, cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaq.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Həmçinin hazırda hakimliyə namizədlərdən sənədlərin qəbulu fasiləsiz şəkildə davam etdirilir. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan və müvafiq tələblərə cavab verən hüquqşünasları müsabiqədə daha fəal iştirak etməyə dəvət edir. Növbəti test imtahanı 2027-ci il aprelin 11-də keçiriləcək.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































