Elm və təhsil
Uranın peykində nəhəng okean izi tapıldı - Dərinliyi 170 km-dən çox ola bilər
Uranın peyki "Arielin" buz qatının altında vaxtilə nəhəng yeraltı okeanının mövcud olduğu ehtimal edilir. Alimlərin hesablamalarına görə, bu okeanın dərinliyi 170 kilometrdən çox ola bilər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Icarus" jurnalında dərc olunub.
Planetologiya İnstitutunun alimləri Arielin səthindəki çatların quruluşunu kompüter modelləşdirməsi ilə təhlil ediblər. Məlum olub ki, bu çatların formalaşması peykin daxilində vaxtilə güclü qabarma qüvvələrinin yaratdığı gərginliklə izah oluna bilər.
Alimlərin fikrincə, keçmişdə Arielin orbitindəki uzanma indikindən təxminən 40 dəfə çox olub. Bu zaman Uranın cazibə qüvvəsi peyki növbə ilə sıxıb və dartaraq onun daxilində istilik yaranmasına səbəb ola bilərdi. Həmin proses buz təbəqəsinin altında nəhəng maye su okeanının yaranmasına şərait yaratmış ola bilər.
Arielin diametri təxminən 1160 kilometrdir və onun səthi çoxsaylı çatlarla örtülüb. Tədqiqatçılar hesab edirlər ki, bu çatlar qədim yeraltı okeanın mövcudluğuna dair mühüm ipucu ola bilər.
Buzaltı okeanlar Günəş sistemində həyat axtarışında xüsusi maraq doğurur. Maye suyun süxurlarla təmasda olması həyatın yaranması üçün mühüm şərtlərdən biri hesab edilir. Lakin Arielin daxilində həqiqətən okean olub-olmadığını müəyyənləşdirmək üçün Urana xüsusi kosmik missiyanın göndərilməsi lazımdır.
Uran sistemini yaxın məsafədən indiyədək yalnız “Voyacer-2” aparatı 1986-cı ildə tədqiq edib. Yeni nəticələr Uranın digər buzlu peyklərini də gələcəkdə həyat üçün əlverişli şəraitin axtarışında maraqlı hədəflərə çevirə bilər.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































