Elm və təhsil
Daha bir Azərbaycan universiteti THE reytinqində
"Times Higher Education" (THE) tərəfindən 2027-ci il üzrə "Dünya universitetləri reytinqi"nin nəticələri açıqlanıb, bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 801–1000 intervalından 701–800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb.
Reytinqin builki nəticələrində mühüm yeniliklərdən biri Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasıdır. Belə ki, ATU reytinqə 2001+ intervalından daxil olub.
Ümumilikdə, 2027-ci il üzrə THE Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 297 ali təhsil müəssisəsi yer alıb. Bu, ötən illə müqayisədə 4 faiz artım deməkdir. Builki reytinqdə universitetlərin mövqelərinin daha dəqiq göstərilməsi üçün sıralama formatında da dəyişiklik edilib. Belə ki, ötən illərdə reytinqdə ilk 200 universitetin yeri ayrıca göstərilirdisə, bu ildən etibarən ilk 300 universitet fərdi olaraq sıralanıb. 300-cü yerdən sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılıb. Nəticədə reytinq intervallarının sayı 10-dan 18-ə yüksəlib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































