Elm və təhsil
Dünya reytinqində hansı ölkədən neçə universitet var? - Azərbaycan 14, Ermənistan...
Dünya Universitetlərinin yeni reytinq siyahısının açıqlandığı barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, siyahını “Times Higher Education” dərc edib. Ümumilikdə, reytinqə 118 ölkədən 2297 ali təhsil müəssisəsi daxil edilib.
Reytinqə ardıcıl 11-ci ildir ki, 97.9 balla Birləşmiş Krallıqdakı Oksford Universiteti başçılıq edir.
İkinci yerdə 97,8 balla Massaçusets Texnologiya İnstitutudur (MIT), üçüncü və dördüncü yerləri isə hər biri 97 balla ABŞ-ın Prinston və Stanford universitetləri tutur.
İlk onluğa həmçinin Kembric və Harvard universitetləri, Kaliforniya Texnologiya İnstitutu, London İmperial Kolleci, eləcə də Kaliforniya Berkli və Yel universitetləri daxildir.
THE-nin məlumatına görə, ilk dəfə olaraq üç Asiya universiteti dünyanın ən yaxşı 15 universiteti siyahısına daxil edilib.
Reytinqdə Türkiyə 142 universitetlə təmsil olunur. Türkiyə universitetləri reytinq siyahısında 326-2001+ aralığında qərarlaşıblar.
İrandan 401-dən 2001+ aralığına qədər 89 universitet daxil edilib.
Azərbaycan 701-ci yerdən 2001+-ə qədər aralıqda 14 universitetlə təmsil olunur.
Gürcüstan isə 1401-ci yerdən 2001+-ə qədər sıralamada 8 universitetlə təmsil olunur.
Reytinq siyahısına Ermənistandan cəmi iki – İrəvan Dövlət Universiteti və Ermənistan Avropa Universiteti daxildir.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































