Elm və təhsil
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək?
Buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaxın gələcəkdə elektron formada keçirilməsi hələlik nəzərdə tutulmur.
Publika.az Trend-ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, magistraturaya qəbul imtahanlarının elektron formada təşkili ilə bağlı müvafiq hazırlıq işləri aparılır.
"Bununla bağlı əvvəllər də müvafiq elanlar verilib. Hazırda elektron imtahanların dəqiq nə vaxtdan tətbiq olunacağını söyləmək mümkün deyil. Texniki, təşkilati və məzmunla bağlı işlər tam başa çatdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" deyə, əlavə edilib.
Xatırladaq ki, 2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılıb və dolma göstəricisi 79,81 faiz olub. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer artıb.
Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlar üzrə ayrılmış plan yerləri tam (100 faiz) dolub.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı







.png)


.jpg)











.jpg)
.jpg)














.jpg)