Elm və təhsil
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 4-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçiriləcək.
DİM-dən Publika.az-a bildirilib ki, BB vəzifə qrupu üzrə test imtahanı saat 16:00-da keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və namizədlər üçün 920 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı isə dekabrın 4-də saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. AB, AC, BA və BB vəzifə qruplarını əhatə edən imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Bu imtahan üçün 420 yer ayrılıb. Qeydiyyat oktyabrın 29-u saat 10:00-dan noyabrın 19-u saat 18:00-dək davam edəcək.
İmtahanlarda iştirak etmək istəyən, lakin şəxsi kabineti olmayan namizədlər əvvəlcə Mərkəzin internet portalında şəxsi kabinet yaratmalı, daha sonra müvafiq hesaba vəsait daxil etməlidirlər. Qeydiyyat “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” platforması vasitəsilə həyata keçirilir.
Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər








.png)


.jpg)



























.jpg)
