Elm və təhsil
DİM:"Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, etibarlı cihazlardan daxil olunmalıdır
Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.
"İstifadəçilər DİM-in elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.
Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur:
Qeyd edək ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.
Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır",- məlumatda qeyd olunur.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)





























.jpg)
.jpg)

