Elm və təhsil
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsi noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər noyabrın 11-dən etibarən “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər.
Əlavə suallarla bağlı 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:20Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı





























.jpg)









.jpg)
