Əmlak
Azərbaycanda 194 dövlət əmlakı özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib.
Xidmətdən Publika.az-a bildirilib ki, hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə 2 dövlət əmlakı özəlləşdirilib.
Cari ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub. Özəlləşdirmə prosesində müasir yanaşmaların tətbiqi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.
Bu ilin 9 ayı ərzində 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb.
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,2 milyon manat təşkil edib və 9 aylıq proqnoz 78,1 faiz icra edilib.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6 milyon manat ödənilib və illik proqnoza 105,7 faiz əməl olunub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 43,9 faiz artıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək







.jpg)






























