Əmlak
Park Yasamal-da hazır mənzillər satışdadır
Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2 otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri, eləcə də şəxsi bağçalı və terraslı variantlar təqdim olunur. Mənzilləri ipoteka ilə əldə etmək istəyənlər üçün də uyğun seçimlər mövcuddur.
Fərqli yaşayış ehtiyaclarına uyğun mənzil seçimləri
Park Yasamalda həm kompakt və funksional mənzillər, həm də geniş ailələr üçün nəzərdə tutulmuş 2, 3 və 4 otaqlı variantlar satışdadır. Şəxsi açıq məkan istəyənlər üçün bağçalı və terraslı mənzillər də layihənin fərqləndirici seçimləri arasındadır. Hazır mənzillərin tam təmirli şəkildə təqdim olunması isə yeni evinə daha qısa müddətdə köçməyi planlaşdıranlar üçün əlavə üstünlük yaradır.
.jpg)
Mənzillərin təmirində HARO parketləri, GEWISS elektrik açarları, Prysmian yanmayan kabelləri, Zambaiti Parati divar kağızları, GROHE hamam aksesuarları və Infinity keramoqranitləri kimi tanınmış Avropa brendlərinin məhsullarından istifadə olunur.
Yaşıllıqların əhatəsində müasir yaşayış
Park Yasamal 4 hektar ərazidə salınan, geniş yaşıllıq sahələri və müasir infrastrukturu ilə seçilən yaşayış kompleksidir. Layihənin yaxınlığında yerləşən Yasamal gölü və ətrafındakı bulvar ərazisi sakinlərə şəhər daxilində istirahət və gəzinti imkanları yaradır.
.jpg)
Kompleksdə geniş həyət, uşaq oyun meydançaları, istirahət və idman zonaları, eləcə də gündəlik ehtiyacları qarşılamağa xidmət edən müxtəlif obyektlər nəzərdə tutulub. Məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi və ticarət obyektlərinin yaxınlıqda yerləşməsi də yaşayış rahatlığını artırır.
Park Yasamal 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və Bayraq parkının yaxınlığında yerləşir. Əlverişli mövqeyi sakinlərə şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verir.
.jpg)
Hazır mənzilini seç, yeni evinə köç!
Park Yasamalda hazır mənzillər, onların sahələri, qiymətləri və ipoteka şərtləri barədə ətraflı məlumat almaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli Küçəsi
Ətraflı: *1544
kristal.az
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir









.jpg)












.jpg)














