Bakıda fərdi yaşayış evləri bahalaşdı
Bizi izləyin

Əmlak

Bakıda fərdi yaşayış evləri bahalaşdı

Bakıda fərdi yaşayış evləri bahalaşdı

Bakı şəhərində oktyabr ayı ərzində fərdi yaşayış evləri seqmentində orta qiymət artımı 13,2 % səviyyəsində qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Məlumata əsasən, fərdi evlər seqmentində ən yüksək qiymət artımı Səbail rayonunda müşahidə olunub – 22,8 %. Nizami rayonunda bahalaşma 16,8 %, Nərimanov rayonunda 15,9 %, Xəzər rayonunda 15,6 %, Nəsimi rayonunda 14,1 %, Sabunçu rayonunda isə 13,2 % həddində olub.

Binəqədi rayonunda fərdi yaşayış evlərinin dəyəri 12 %, Suraxanı rayonunda 10,9 %, Yasamal rayonunda 10,1 %, Xətai rayonunda isə 9,4 % yüksəlib. Qaradağ rayonunda artım 6,5 %, Pirallahı rayonunda isə 7,8 % təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm