Enerji
Azəriqaz “ASAN Kommunal”da işə başladı
Martın 29-dan etibarən "Azəriqaz" İstehsalat Birliyi Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində və 1 saylı “ASAN Kommunal” mərkəzində, hər birində 2 pəncərə olmaqla müştəri xidmətlərini bərpa edib.
Birlikdən Publika.az-a verilən məlumata görə, bu məkanlarda abonentlərin ilk növbədə qazsız qalmaması üçün ən zəruri xidmətlər (itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası və s.) təqdim olunur. Bununla yanaşı Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət Sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də eyni xidmətlər göstərilməkdədir. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlər qəbul olunur, müraciətlərinə baxılır.
Qeyd edək ki, martın 20-dən 28-dək qeyri-iş günlərində təkcə paytaxt üzrə ümumilikdə 1600-ə yaxın müraciətə baxılıb. Onların arasında itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası ilə bağlı müraciətlər çoxluq təşkil edib.
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








