Enerji
Pərviz Şahbazov: "Şahdəniz”dən illik hasilat 27 mlrd kubmetrə qədər artacaq"
“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə Gürcüstan və Türkiyə bazarlarından sonra Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına daxil olacaq. 16 mlrd kubmetr qazın Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropanın istehlakçılarına çatdırılmasının artıq gerçəyə çevrildiyi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərinin gələcəkdə əlavə qaz həcmlərinin nəqlini təmin edə biləcək genişlənmə potensialına malik olduğu, cari ilin on ayı ərzində Türkiyəyə qaz ixracının 20 % artdığı diqqətə çatdırılıb”.
Publika.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bu gün keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin Dəyirmi Masasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın müəllifi olduğu enerji layihələri regionun və Avropanın enerji xəritəsini dəyişdirib. Bizim əsas hədəfimiz enerji təhlükəsizliyinin təmini və bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında möhkəm əməkdaşlığa nail olmaqla qlobal inkişafa töhfə verməkdir.
“Ölkəmizdə bu il 38 mlrd kubmetr proqnozlaşdırılan qaz hasilatının 2024-cü ildə təxminən 50 mlrd kubmetrə çatacağı gözlənilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi olan “Şahdəniz” yatağından illik hasilatın bu il 19 mlrd kubmetr, 2024-cü ildə isə 27 mlrd kubmetrə qədər artacağı proqnozlaşdırılır”, - o bildirib.
P.Şahbazov bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Azərbaycanın 30 illik münaqişəyə son qoyan tarixi qələbəsinə toxunub, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin edən bu möhtəşəm qələbənin qaz təchizatı, enerji təhlükəsizliyi, o cümlədən regional təhlükəsizliyin də möhkəm qarantı olacağını qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də GECF Nazirlərinin Dəyirmi Masası işinə başlayıb. Noyabrın 12-də isə GECF Nazirlərinin 22-ci Görüşü keçiriləcək. Onlayn formatda təşkil olunan görüşlərdə təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən P.Şahbazov da iştirak edir. Tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela kimi GECF üzv ölkələri ilə yanaşı, müşahidəçi üzvlər Azərbaycan, İraq, Qazaxıstan, Malayziya, Norveç, Oman, Peru və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr də iştirak edirlər.
Xatırladaq ki, 12 noyabr tarixində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq GECF Nazirlərinin 22-ci Görüşünün açılış sessiyasında da P.Şahbazovun çıxışı nəzərdə tutulub.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO



































.jpg)


