Enerji
"Azərişıq" cənubda qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır - Video
“Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.
"Buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.
Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək"- məlumatda qeyd olunub.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu







.jpg)



.png)






















