Gözəllik
Göz formasını dəyişən məşhurlar - FOTO
Dünya şöhrətli ulduzların plastik cərrahların və estetik tibb mütəxəssislərinin xidmətindən istifadə etmək ehtimalı digərlərindən daha çoxdur. Bu, başa düşüləndir: onlar həmişə göz öpnündədirlər və fanatların tənqid atəşinə tutulmamaq üçün mükəmməl görünməyə çalışırlar.
Amma hərdən məşhurlar xarici görünüşlərində elə kəskin dəyişikliklər edirlər ki, gənclik şəkillərinə baxanda onları tanımaq olmur. Çox vaxt məşhurlar üzlərində incə və çox dəqiq dəyişikliklərə qərar verirlər. Məsələn, indi populyarlığın zirvəsində olan bir çox ulduzların təbii göz formasını dəyişdiyini bilirdinizmi?
Publika.az xəbər verir ki, son illərdə məşhurlar arasında xüsusilə gözlərin dartılması ilə “tülkü baxışı” formasını verən estetik əməliyyatlar dəbdədir.
Kimisi bu yolla gözətrafı qırışlardan xilas oldu, kimisi də gözlərini daha açıq edib, digərləri isə indi məşhur olan “tülkü gözləri” trendinə uydu.
Bella Hadid

Bella Hadid “tülkü gözləri” trendə çevirən ulduzlardan biridir. Modelin əvvəlki şəkillərində onun təbiətcə tamamilə fərqli göz formasına sahib olduğunu görə bilərsiniz. Çox güman ki, Bella kantopeksiya adlı əməliyyatı etdirib və bu əməliyyat zamanı gözlərin xarici küncləri bir qədər qaldırılıb.
Cidi Hadid

Şayiələrə görə, Bellanın böyük bacısı Cici Hadid də gözlərinin təbii formasını bir az düzəldib. Bu vəziyyətdə dəyişiklik yalnız başqa bir manipulyasiyanın nəticəsidir. Modelin əsas məqsədi odur ki, gözlərin künclərində müvəqqəti dartılma ilə qırışlardan xilas olsun. Nəticədə Hadid nəinki qocalıq əlamətlərindən xilas olub, həm də yeni, badam formalı göz formasına sahib olub.
Ariana Qrande

Blefaroplastika etdirən daha başqa bir ulduz Ariana Qrandedir! Müğənninin arxiv fotolarına baxanda açıq-aydın bilinir ki, gözlərinin quruluşu əvvəlikindən tamamilə fərqlidir. Onun göz qapağı əməliyyatına müraciət etdiyi də güman edilir.
Bleyk Layvli

“Gossip Girl” serialının ulduzu Bleyk Layvli də göz qapağı əməliyyatına əl atıb. Müdaxilə çox dəqiqdir, buna görə də aktrisanın ən sadiq pərəstişkarları belə çox vaxt bu barədə bilmir. Plastik cərrahların təklifi ilə Layvli yuxarı göz qapaqlarının sallanmasından xilas olub. Müdaxilədən sonra onun baxışları daha açıq olub, bu da gözləri daha böyük göstərir.
Cennifer Lourens

Cennifer Lourens də plastik əməliyyatın köməyi ilə yaxınlaşan qırışlardan xilas olub. Aktrisanın özü əlbəttə ki, müdaxilələri qəbul etmir, lakin köhnə şəkilləri illər keçdikcə gözlərinin daha açıq və aydın olduğunu göstərir.
Heyli Biber

Yeniyetməlik illərindən Heyli Biberin göz forması da dəyişib. Bu işdə ulduza çox güman ki, kosmetoloq-estetiklər kömək edib. Heylinin görünüşü yəqin ip qaldırma ilə düzəldilib. Prosedur sayəsində Biberin gözlərinin xarici küncləri bir az yuxarı çəkilib. O, çox məşhur “tülkü göz” trendinin müəlliflərindəndir.
Mayli Sayrus

Təxmin etməsəniz də, Mayli Sayrus blefaroplastika etdirib. Ancaq seçdiyimiz qəhrəmanların əksəriyyətindən fərqli olaraq, müğənni yuxarıda deyil, alt göz qapaqlarının dəyişikliyinə üstünlük verib. Mayli yeniyetməlik illərində yaranan gözlərinin altındakı torbalardan xilas olub. Bu qüsurdan qurtulduqdan sonra Maylinin gözləri geniş açılıb və o, indi yorğun görünmür.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto













.webp)
























