Gözəllik
Cavanlaşdıran sümük suyu - Zərəri daha çox imiş
Sağlam qidalar siyahısında məşhur olan sümük suyu faydalı xüsusiyyətlərə malik olsa da, onun da zərərli tərəfləri var. Belə ki, ondan çox istifadə oynaqların vəziyyətini pisləşdirə və bədənə zərər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə kp.ru saytına müsahibəsində Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb.
“Bulyonun tərkibində purinlər cəmləşib, sidik turşusunun səviyyəsini artırır. Məlum olur ki, bulyon oynaqların vəziyyətini pisləşdirəcək. Qan təzyiqi də yüksələcək. Qan təzyiqinin artmasına səbəb isə şorbadakı yüksək natrium tərkibinə görədir”, - deyə Z.Pavlova deyib.
Bundan əlavə, ekspert bulyonun uzun müddət bişirilməsinin faydalı olması haqqında mifləri də dağıdıb. Onun sözlərinə görə, uzun müddətli qaynama proses ətin tərkibində olan antibiotiklərdən və hormonlardan xilas olmağa kömək etməyəcək, lakin vitamin kimi fermentlər yox olacaq. Nəticədə həddən artıq yağlı bir yemək ortaya çıxacaq. O əlavə edib ki, kollagenlə zəngin olan yemək dərinin cavanlaşmasına kömək etməyəcək.
“Mədə-bağırsaq traktına daxil olan kollagen amin turşularına qədər parçalanır və orqanizm özü ona lazım olan zülalları əmələ gətirir. Sümük suyu ilə kollagenin sintezini qurmaq mümkün deyil. Yüksək keyfiyyətli zülal yemək, idman etmək və vaxtında yatmaq daha effektivdir”, - deyə mütəxəssis vurğulayıb.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto












.jpg)











_(1).jpg)










