Gözəllik
Gözəl olduğu üçün işə qəbul etmirlər
Model Emili Adonna gözəl görünüşünə görə həyatda üzləşdiyi çətinliklərdən danışıb. Bir sözlə gözəlliyi onun başına bəla olub.
Publika.az xəbər verir ki, bu barədə “7 News” xəbər verir.
Model iddia edir ki, cazibədar görünüşünə görə, onu nadir hallarda ciddi qəbul edirlər.
“İnsanlar mənə ictimai yerlərdə toxunmazdan əvvəl icazə istəmirlər... Mənə müntəzəm olaraq sarılırlar”, - deyə Adonna bildirib.
Adonna küçəyə çıxanda çoxlu paltar geyinməyə və tibbi maska taxmağa çalışır. Onun sözlərinə görə, bu üsul özünü həddindən artıq diqqətdən xilas edə biləcək yeganə yoldur. O, özünü daha az cəlbedici göstərmək üçün üzünə pirsinq və qol döymələri də etdirib.
Qeyd edək ki, ABŞ modeli gözəl görünüşünə görə işə də düzələ bilmir. Gözəlliyi digər işçiləri heyran edib işdən ayırar deyə, onu işə qəbul etmirlər.
Qız təcrübələrini sosial şəbəkədə paylaşıb. Bir çox qadın istifadəçi Adonnaya dəstək verib və oxşar təcrübələrdən danışıb.
“Bunu paylaşdığınız üçün təşəkkür edirik. Bu məni o qədər sarsıtdı ki, doqquz kiloqram kökəldim və yalnız qalmaq üçün təkbaşına oldum”, - deyə bir qadın yazıb.
Ayşən
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO


















.jpg)







_(1).jpg)










