Gözəllik
2022-ci ildə dünyanı heyran edən 10 gözəl - FOTOLAR
Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlara baxır.
Publika.az da gözünü 2022-ci ilin gözəllərindən çəkə bilməyib. Qərara gəlib ki, bu il ayrı-ayrı gözəllik müsabiqələrində, yarışlarında qalib olan gözəllərin fotolarını və haqlarında bəzi məlumatları sizə təqdim etsin.
Miss Viskonsin Qreys Stanke (solda) "Miss America - 2022" Emma Broyles-dən "Miss America - 2023" titulunu alır.

“Miss Rusiya - 2022” titulunun sahibi Anna Linnikova. Anna xarici ölkələri də nəzərə alsaq, 16 yaşından model kimi çalışır, ingilis dilini mükəmməl bilir, fransız dilini öyrənir və sənətşünas olmağa hazırlaşır. İndi Anna Amerika vizası üçün müraciət etdiyi Qazaxıstandadır, çünki Rusiyada bu mümkün deyil.

Soldan: Miss Kolumbiya Andrea Aguilera, Miss Korea Mina Sue Çoi, Miss Fələstin Nadeem Ayub və Miss Avstraliya Şeridan Mortlock "Miss Earth - 2022" müsabiqəsi zamanı

Diana Karolina Silva Fransisko Venesuelalı model və "Miss Venesuela - 2022" titulunun qalibidir. O, “Kainat gözəli - 2023” müsabiqəsində Venesuelanı təmsil edəcək. O, əvvəllər "Miss Earth Venesuela - 2018"in tacına layiq görülüb.

Raçel Gupta. O, Fransanın paytaxtı Parisdə keçirilən 15-ci Mövsümdə "Dünyanın Miss Super Talenti" adını qazanan hindistanlı xanım.

"Miss International - 2022" gözəllik müsabiqəsinin qalibi, almaniyalı Jasmine Selberg. Jasmin hazırda tarix və fəlsəfə üzrə bakalavr dərəcəsini davam etdirir və burada tarix elmlərində soyqırım araşdırmalarına diqqət yetirir.

"Miss MDB - 2022" müsabiqəsinin qalibi Diana Perxanova. Müsabiqədə iştirak etmək üçün bir neçə min qız müraciət etsə də, yekunda öz ölkələrində seçmə mərhələdə qalib gələn 23 gözəl qız qazaxıstanlı Diana Perxanova finala yüksəlib. Burada MDB nümayəndələri ilə yanaşı, Gürcüstan, Litva, Latviya, Estoniya və Kubadan olan 18-25 yaş arası qızlar iştirak ediblər. İkinci yeri gürcüstanlı Emmi Mxitaryan tutub. Üçüncü yeri estoniyalı Karina Nizinkaya tutub.

Miss Polşa Karolina Belawska 70-ci "Miss World" gözəllik müsabiqəsinin qalibi oldu.

Yeni seçilmiş "Miss France - 2022" İndira Ampiot (ortada) Miss France 2005 Sindi Fabre (solda) və Miss France 2022 Diane Leir ilə.

Yeni “Miss Livan - 2022” tacını qazanan Yasmina Zaitoun.

Aydan
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?






































.jpg)

