Gözəllik
Dərinin erkən qocalmasına səbəb olan əsas səhvlər
Dərinin qocalması 25 yaşında başlayan təbii bir prosesdir. Erkən yaşlanma isə bir çox hallarda üz baxımında edilən səhvlər nəticəsində meydana gəlir.
Publika.az xəbər verir ki, bu sözləri Lenta.ru-ya həkim-kosmetoloq-dermatoloq-mikoloq Mariya Avetisova deyib.Onun sözlərinə görə, üz dərisinin vaxtından əvvəl qocalması və yenilənmə proseslərinin azalması səbəbindən epidermisin buynuz qatı qalınlaşır.
"Dərinin müdafiə funksiyasını yerinə yetirən hidrolipid mantiyası tədricən zəifləyir. Dərinizi həddən artıq isti su ilə yumaq bu kimi problemlərə gətirib çıxarır. İsti su ilə müntəzəm yuyulma dərinin hidrolipid örtüyünü pozur, bu da quruluq və diskomfort hissinə səbəb olur. Ən idealı otaq temperaturudur. Yanlış seçilmiş təmizləyicilər və dərini təmizlədikdən sonra dəri növünə görə nəmləndirici krem istifadə etməsəniz, bu da dəriyə mənfi təsir göstərə bilər", - ekspert qeyd edib.
Makiyajla yatmaq dərinin qocalmasını sürətləndirə bilər. Mütəxəssis bildirib ki, gün ərzində yığılan kosmetika, piy ifrazı və kir məsamələri bağlayır, dəridə kollagenin azalmasına gətirib çıxarır və onun bərpasını ləngidir. O, həmçinin tez-tez pilinq etməməyi və günəşdə və xüsusilə solaryumda günəş vannası qəbul etməməyi tövsiyə etdi. Solaryumda kollagen və elastin məhv olur ki, bu da dərinin fotoyaşlanması ilə nəticələnir.
Aytən Məftun
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
















.jpg)





















