Gözəllik
Parfümeriyada şok tendensiya: Qan, benzin, kif, asfalt və..
Qeyri-adi, hətta şokedici notlardan istifadə parfümeriyada yeni tendensiyalardan biridir. Onlar təcrübəsiz alıcıları təəccübləndirsə də, parfüm bilicilərini ekstaz vəziyyətinə gətirdiyi dəqiqdir.
Publika.az oxucuları ətirlərdəki qeyri-adi notlar haqqında maraqlı faktlarla tanış edir.
Heç qətran qoxulu ətir istəmisiniz? Bu maddə aromatik kompozisiyalara tez-tez qonaq olur. Yeni məhsullardan biri də 2023-cü ildə yaradılmış “Les Abstraits”in “Des Cendres Eau de Parfum”udur.
Əgər qaraj üçün darıxmısınızsa, “MSCHF”in “WD-40” spreyini ala bilərsiniz. Bu şirkət əvvəllər benzin və motor yağı qoxusu olan qeyri-adi “texniki” ətir yaratmışdı. Ümumilikdə 200 flakon “WD-40” istehsala buraxıldı. Unutmayın ki, bu ətir qapı menteşələrini yağlamaq üçün nəzərdə tutulmayıb.
Benzin qoxusu haqqında onu demək lazımdır ki, bu kostik, acı və yağlı ətri parfümerlər məharətlə kompozisiyalara daxil edirlər. “Biker by Wild Drops Parfums” və “Age of Innocence by Toskovat” iki diqqətəlayiq nümunədir.
Dəmir yolunun qoxusunu xatırladan kreozot taxta şpallara çəkilir ki, tez sıradan çıxmasınlar. Kreozot ağacı çürümədən qorumaqla yanaşı, həm də ətriyyatçılar üçün ilham mənbəyinə çevrilib. Məsələn, “Sweet Do Nothing от D.S. & Durga” parfumuna kreozot notları da əlavə edilib.
Maraqlı mineral qoxulara asfalt və yaş asfalt daxildir. Bu ətirlər tez-tez niş parfümeriyasında istifadə olunur və istənilən kompozisiyaya süni qoxu verir. Bu notlara “Venin Amande Azarderone” və “OscUrod” ətirlərində rast gələ bilərsiniz.
Sözsüz ki, insan bədəni də ilham mənbəyinə çevrilir. “A La Lune” brendinin qan notları əsasında yaratdığı “Trinity Blood” ətri 2022-ci ildə bazara çıxıb. Hətta Ledi Qaqa da qan əsaslı ətir yaradıb, lakin o, kompozisiyasına digər maraqlı bədənsəl notlar da əlavə edib.
Ətir bazarında çeşidlər o qədər çoxdur ki, hətta heyvan ətinin notları olanlar qarşınıza çısa, şoka düşməyin. Bu ətir, dominant akkord kimi deyil, daha çox konseptual parfümeriyada vurğu kimi istifadə olunur. Onu 2020-ci ildə yaradılmış “TOLI Jupiter” ətirində tapmaq olar.
Təəccüblənməyin, ətir istehsalçıları köhnə ev qoxusu yayan məhsullar da istehsal edir. Qeyri-adi qoxular yaratmaq üçün parfümeriyada "toz" və "kif" notları istifadə olunur. “Hunq” 2021-ci ildə “#003 Carpenter” adlı belə bir qadın ətrini alıcıların ixtiyarına verdi. “Demeter” markasının “Zombie for Her”, “Zombie for Him”, “Zombie Dog”, həmçinin “Xyrena”ın “Dark Ride” ətirlərində kif notlarını tapmaq olar.
Tünd notlar olmadan şəhərin qoxusunu hiss etmək istəyirsinizsə, beton və nəm gips qoxularını qiymətləndirin. “Rook Parfumes”in 2021-ci ildə buraxdığı “School Eau de Parfum”da beton hiss oluna bilər. Yaş gips qoxusundan “Bruno Fazzolari / Fzotic Monserrat Eau de Parfum”un yaradılmasında istifadə olunub.
Pendir notlu ətirlər isə qurmanları lap dəli edəcək. Məsələn, “DSH Perfumes”in 2021-ci ildə buraxdığı “Don't Explain” ətri. İstiridyə həvəskarları üçün ətirlər də var, ən parlaq nümunələrdən biri “BOGUE Douleur!2” ətridir.
Bununla belə, əgər siz musiqi həvəskarısınızsa, 2021-ci ildə “Etat Libre D'Orange” markasının yaratdığı “The Ghost In The Shell” kimi vinil ətirli tualet suyu sınayın.
Xüsusi kompozisiyaları sevənlər üçün parfümerlər dırnaq boyası qoxusu olan ətirlər yaradıblar. “Wild Child”in 2021-ci ildə buraxdığı “Andromeda's Curse” ətri buna bariz nümənədir.
Yapışdırıcılar isə “Comme Des Garçons Parfums” ətriyyatçılarına ilham verib. Skoç qoxusunu sevirsinizsə, uniseks "2011" ətrini sınayın.
Müasir ətirlərin tərkibi çox müxtəlif ola bilər: klassik çiçəklərdən yemək və benzin qoxularına qədər. Ətirləri sınaqdan keçirməkdən qorxmayın, fərdiliyinizi vurğulamaq və müasir parfümeriyanın cari tendensiyaları haqqında biliklərinizi vurğulamaq üçün yeni maraqlı akkordları sınayın.
Aytən Məftun
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO





































