Gözəllik
"Oskar" mərasimində ən yaxşı makiyaj və saç düzümləri - FOTO
"Oskar" mükafatlandırma mərasimi ulduzlardan son dərəcə dəbli və gözəl görünməyi tələb edir. Axı onları lentə alan fotoqrafların kadrları günlərlə maqazin manşetlərinin gündəmini bəzəyir.
Publika.az xəbər verir ki, kino akademiyasının 95-ci mükafatlandırma mərasimi də istisna olmayıb. Həftələr öncədən hazırlıq görən sənət adamları bir-biri ilə sanki dəb yarışında idi. Mərasim, eyni zamanda bir çox gözəllik tendensiyalarının önə çıxmasına birbaşa təsir edir. Məsələn, məlum oldu ki, bu mövsüm kino və musiqi dünyasının xanım ulduzları qırmızı dodaq boyasına xüsusi rəğbət bəsləyirlər. Makiyajlarda qırmızı pomada daha çox üstünlük təşkil edirdi. Sözsüz ki, bu, bir çox xanımın seçiminə ilhamverici rol oynayacaq.
Saçlara gəldikdə, ənənəvi, klassik və sıx toplanmış toppuz saç yığımları yenə daha çox gözə dəyirdi, həmçinin retro stili də ulduzların vazkeçilməzləri siyahısında ilk yerdə qərarlaşmışdı. O da istisna olunmur ki, Ledi Qaqanın sünbül hörüyü mövsüm trendləri arasında lider olacaq.
"Vogue" və "Harpers Bazaar" kimi moda jurnalları model Kara Delevin, aktrisa Cessika Çesteyn və Mişel Uilyams, Vanessa Hudcens, Ana de Armas, Florens Pugh, həmçinin müğənni Ledi Qaqa ilə Rihannanın makiyaj və saç düzümünü yüksək qiymətləndirib.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









