Gözəllik
Baharın manikür trendi: Dırnaqlarda nəm effekti
Bütün dırnaq tendensiyalarını izləmək, sadəcə mümkün deyil, lakin baharın "lip gloss" effektinə diqqət yetirməyə dəyər.
Publika.az xəbər verir ki, dırnaqlarda dodaq parıldadıcı effektli manikür sosial şəbəkələrdə çox sürətlə populyarlaşıb.
Dırnaqlarda yüngül mirvari parıltı çoxları tərəfindən sevilən bir texnikadır. Məşhur model Heyli Bieber haqlı olaraq parıltı trendinin yaradıcısı sayıla bilər. Axı 2022-ci ilin minimalist manikür trendini ilk onda gördük.
Altı aydan sonra bu manikürə maraq zəifləsə də, belə görünür ki, nə dırnaq stilistləri, nə də onların müştəriləri dırnaqlarda yüngül parıltıdan imtina etməyi planlaşdırmırlar. Sensasiyalı və bər-bəzəkli dırnaqlar artıq yeni tendensiya ilə əvəz olunub. Zərifliyi və sadəliyi ilə seçilən yeni trend sosial mediada "lipp gloss nails", yəni dodaq parıldadıcısı effekti adı ilə məşhurlaşıb. Dırnaqlarda nəm effekti çoxlarının qəlbini fəth edib.
Belə bir dizayn yaratmaq üçün yalnız şəffaf lak lazımdır, xüsusilə yumşaq çəhrayı çalarlara üstünlük verməyiniz məsləhətdir. Rəngin yumşaq tonu ilə zəngin bir manikürünü əldə edəcəksiniz - zərif və minimalist.
Trendin Tiktokda yaranmasına baxmayaraq, birinci dərəcəli ulduzlar da belə manikürə üstünlük verməyə başlayıblar. Məsələn, J. Lo "Grammy" ödül törəninə şaftalı tonlu manikürdə gəlmişdi. Müğənninin dırnaq ustası Tom Baçik də sosial mediada bölüşüb ki, dırnağı nəmli göstərən dizayn dəbdədir.
Miravi effekti də "lip gloss" kimi, çılpaq dırnaqlarda yüngül parıltı yaradır. Bununla belə, parladıcı daha yüngül bitişlidir.
"Lip gloss" manikürü etmək o qədər də çətin deyil. İncə təbəqələr düzəltməyə çalışın ki, örtük şəffaf olsun. Beləliklə, nəm effektili manikür əldə edirsiniz.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









