Gözəllik
Üz masajı ilə cavanlaşmaq mümkündür?
Cavanlaşdırıcı üz masajı son vaxtlar qadınlar arasında çox populyardır. Bütün dünyada xüsusi studiyalar açılır və getdikcə xanımları daha çox əmin edirlər ki, onlar bu gözəllik proseduru olmadan yaşaya bilməzlər.
Publika.az xəbər verir ki, kosmetoloq İrina Yaqodina "RİA Novosti"yə müsahibəsində bildirib ki, masajın köməyi ilə qırışların qarşısını almaq həqiqətən mümkündür. Məlum olub ki, həkim bu təcrübəyə qarşı deyil, lakin görünən nəticə yalnız bir sıra şərtlər yerinə yetirildikdə nəzərə çarpacaq.
"Əgər heç bir genetik meyillilik və ya qazanılmış patologiyalar yoxdursa, müntəzəm üz masajı, xüsusən də göz ətrafı, peşəkar kosmetika və lentlərlə birlikdə əla nəticə verir" , - kosmetoloq bildirib.
Cavanlaşmanın təsirini hiss etmək üçün Yaqodina prosedurlara vaxtında başlamağı tövsiyə edib. Ekspertin sözlərinə görə, qadının artıq dərin qırışları varsa, onda heç bir masaj burada kömək etməyəcək. Bundan əlavə, prosedurları müntəzəm təkrarlamaq və bunun üçün yalnız peşəkar mütəxəssislərə müraciət etmək lazımdır.
Aytən Məftun
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









