Gözəllik
Dodaq boyanı göstər, kim olduğunu deyim
"Avon" kosmetik brendinin rusiyalı vizajisti Yuliya Moskviçeva hesab edir ki, qadınların istifadə etdiyi dodaq boyasının rəngi ilə onların xarakteri arasında əlaqə var.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə Lenta.ru-ya danışıb.
Moskviçeva qırmızı rəngin görkəmə cəsarət qatdığını bildirib. Eyni zamanda, romantik qızlar çəhrayı və ya tünd çəhrayı rəngə üstünlük verirlər. Bənövşəyi və şokolad tonlarına gəlincə, onları yaradıcılıq və incəsənəti sevənlər seçirlər. Dəri tonu çalarları görüntünü yumşaltmaq, sahibinin qadınlığını və istiliyini xatırlatmaq üçün uyğundur.
Həmçinin Yuliya Moskviçeva pomada seçimi ilə bağlı bir neçə tövsiyə verib. Moskviçevanın sözlərinə görə, narıncı rəng göz altındakı qara dairələri vurğulayır, bənövşəyi isə dərinin sarı tonunu artırır: “Gözəyarı pomada seçməməlisiniz, yaxşı olar ki, barmağınızın ucuna çəkib üzünüzə çəkəsiniz”.
Bundan əlavə, mütəxəssis yazda dodaqlara qulluq etməyin vacibliyini xatırladıb. Bu baxımdan o, nəmləndirməyə yönəlmiş və tutqun bitişli dodaq boyalarına diqqət yetirməyi təklif edib.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









