Gözəllik
Bu yay hansı pomada çalarları dəbdə olacaq?
Pomada makiyaja çox vaxt sərf etmədən görünüşünü tez bir zamanda təzələməyin ən asan yoludur. Əlbəttə ki, düzgün rəngin seçilməsi də vacibdir.
Publika.az oxucuları yaz-yay mövsümün aktual dodaq boyaları ilə tanış edib.
Qəhvəyi

Bəli, 90-cı illərin ən sevimli rəngi yenidən moda səhnəsindədir. Bu rəngi istər ulduzların, istərsə də influenserlərin obrazlarında tez-tez görə bilərsiniz. Qəhvəyi demək olar ki, hər kəsə yaraşır, dodaqların həcmini gözəl vurğulayır və hər gün istifadə etmək üçün kifayət qədər əlverişli görünür. Daha çox vurğulanmış dodaq makiyajı etmək istəyirsinizsə, albalı tonu ilə şokolad və ya tünd qəhvəyi pomadalara nəzər salın.
Səssiz qırmızı

Qırmızı pomada çoxlarına gündəlik istifadə üçün çox parlaq görünsə də, köhnəlməz bir klassikadır. Stilistlər minimalistlər üçün də çıxış yolu tapıb, səssiz qırmızı. Bu rəng qırmızının daha yumşaldılmış versiyasıdır. Həm universaldır, həm də müxtəlif obrazlara uyğun gəlir.
Dəri tonları

Dəri rənginin onlarla müxtəlif çalarları var, lakin bu yay klassik bej-qəhvəyi xüsusilə populyarlıq zirvəsindədir. Bu rəng gündəlikdən axşama qədər istənilən makiyaja uyğun olacaq və hər kəsə yaraşacaq.
Zoğalı və ya qırmızı şərab çalarları

Qırmızı rəngin başqa bir variantı tünd şərab tonlarıdır. Həm axşam, həm də gündəlik makiyaj üçün çox uyğundur. Yadda saxlayın ki, ikinci halda, həm gözləri, həm yanaqları, həm də dodaqları eyni dərəcədə nəzərə çarpan etmək olmaz. Sadəcə dodaqlarınızı vurğulamaq kifayət edəcək. Makiyajı daha dəbli etmək üçün “öpülmüş dodaqlar” effekti verməyi, daha dəqiq desək, kontursuz pomada çəkməyi məsləhət görürük.
Zərif çəhrayı

Açıq çəhrayı bir çox mövsümdür ki, öz aktuallığını itirmir və baş rolda Marqot Robbinin oynadığı "Barbie" filmi onun populyarlığını daha da artırır. Yeri gəlmişkən, pomada tam olaraq "Barbie" üslubunda seçilməlidir. Parlaq deyil, daha sakit "kukla" çəhrayısı tonlarına diqqət yetirin. Alt tonlara gəldikdə, burada görünüşünüzün fərdi xüsusiyyətlərinə diqqət yetirməli və ən uyğununu seçməlisiniz.
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı







































.jpg)

