Gözəllik
Qocalığı ləngitməyin yolları: bu tövsiyələrə əməl etsəniz...
Plastik cərrah, kosmetoloq Nadejda Petraş hesab edir ki, gənc görünmək üçün pis vərdişlərdən imtina etmək lazımdır.
Publika.az xəbər verir ki, həkim "Lenta.ru" saytına müsahibəsində 30 yaşdan sonra qocalmanı ləngitməyin yollarını açıqlayıb. Petraşın sözlərinə görə, qocalma prosesini dayandırmaq olmaz, lakin onu gecikdirməyin yollar var. Və bu, yalnız özünə qulluq deyil, həm də düzgün bəslənmə, minimum spirtli içki qəbulu, siqaretdən imtina, müntəzəm idman və stressi idarə etmək bacarıqlarından asılıdır. Bu üsulların üstünlüyü ondan ibarətdir ki, onlar hər kəs üçün əlçatandır.
Gəncliyi uzatmaq üçün günəşdən qoruyucu kremlər və ya şlyapa istifadə etmək lazımdır. Fotoqocalma qırışların əsas səbəblərindən biri kimi tanınır. Günəş şüaları orqanizmdə sintez edilən hialuron turşusunu məhv edir, bu da dərinin elastikliyini itirməsinə səbəb olur.
Ekspert evdə qulluq üçün tərkibi antioksidant, retinol və C vitamini ilə zəngin olan yüksək keyfiyyətli kosmetik məhsullardan istifadə etməyi tövsiyə edib. Onlar qırışlar, piqmentasiya və dərinin möhkəmliyinin itirilməsi kimi görünən yaşlanma əlamətlərini azaltmağa kömək edir.
Yaxşı yuxu vaxtından əvvəl qocalmanın qarşısını alan vacib amillərdən biridir. Çünki müntəzəm və kifayət qədər yuxu, dəri hüceyrələrini bərpa etməyə və qocalma əlamətlərinin azalmasında mühüm rol oynayır. Petraş qeyd edib ki, qocalmanı sürətləndirən sağlamlıq problemlərini vaxtında müəyyən edib aradan qaldırmaq vacibdir. Bunun üçün mütəmadi olaraq həkim müayinəsindən keçməlisiniz. Müasir kosmetologiya gənclik uğrunda mübarizədə köməyə gələcək. Pplastik cərrahın fikrincə, bu, həqiqətən yaşlanmanın qarşısını almağa və gecikdirməyə kömək edir. Petraş əlavə edib ki, kosmetologiyanın əsas vəzifəsi qocalmanın qarşısını almaqdır. Bu məqsədlə müxtəlif prosedurlardan istifadə olunur: botulinum toksin inyeksiyaları, inyeksiya üsulları, lazer prosedurları, üz masajı, kimyəvi pilinqlər, ultrasəs və radiotezlik cavanlaşması.
Aytən Məftun
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)
















_(1).jpg)









