Gözəllik
60-cı illərin saç düzümləri yenidən dəbə minəcək - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda Karl Lagerfeldə həsr olunmuş Met Gala Kostyum İnstitutunun balı baş tutdu.
Publika.az xəbər verir ki, dəvətə gələn məşhurların obrazları arasında bir neçə tendensiya müşahidə edilsə də, makiyaj və saç düzümlərində yalnız 60-cı illərin təsiri nəzərə çarpırdı. Bir müddət əvvəl Amanda Seyfrid və Cennifer Kulidc kino mükafatlarının birinin təqdimolunma mərasində 60-cı illərin ən parlaq ulduzu - Ketrin Denyovun saç düzümlərini təkrarladı. Bununla da o illərin saç düzümləri yenidən gündəmə gəldi. Bu dəfə biz o 60-cı illər tendensiyalarını, daha doğrusu, onların interpretasiyasını bütün müxtəlifliyi ilə gördük.
"Met Gala"da bir çoxları saçlarını klassikaya çevrilmiş qara lentlə bağlamışdı. Məsələn, Sidney Svini yarım toplanmış saçlarına böyük bir qara bantla bəzək vurmuşdu. Karli Kloss və Emili Ratakovski daha yığcam saç aksessuarları seçmişdilər. Billi Ayliş atlaz lentləri qotik obrazına uyğunlaşdıra bilmişdi. Əminik ki, Nikol Kidmanın uzun saçlarına taxdığı bantı da bu yay aktual olacaq, xüsusilə romantik sarafanların fonunda mükəmməl görünəcəklər. Aktrisa saçlarının ön tərəfini açıq qoyub, arxasını zərif aksessuarla səliqəli şəkildə bərkidib ki, ancaq arxasını çevirəndə görünsün.



60-cı illərin saç düzümlərini qabarıq effekt olmadan təsəvvür etmək mümkün deyil. Enn Heteuey, Kardi B kimi ulduzlar Bricit Bardonun saç düzümünü təkrarlamışdı. Emma Çermberlen isə qabarıq saç düzümündən imtina edərək saçlarını böyük bir saç halqası ilə bəzəməyə qərar verib. Daha bir xarakterik üslubu seçən digər qonaq Kendal Jenner oldu, o, ucları içəri doğru bükülmüş hündür at quyruğu ilə fotoqraflar qarşısına keçdi.



Makiyajda da 60-cı illər trendləri özünü göstərdi. Məşhur model Tvigginin gözlərinə çəkdiyi nazik oxlar ulduzların seçimləri arasında üstünlük təşkil edirdi. Belə oxların əsas üstünlüyü odur ki, hər hansı bir makiyaja asanlıqla uyğunlaşırlar. Məsələn, Billi Ayliş və Jenna Orteqa sadəcə qara göz layneri ilə kifayətlənmişdilər. Cici Hadid və braziliyalı müğənni Anitta isə uzun kirpikləri kontrastlı açıq kölgələrlə birləşdirməklə altmışıncı illərin başqa bir klassik makiyaj elementi təkrarlamışdı.

Digər xarakterik makiyaj elementləri arasında dumanlı və zərif pomada çalarları gəlir. Hətta maraqlıdır ki, dünənki tədbirdə qırmızı pomada pərəstişkarları dodaqlarını solğun çəhrayı və ya şaftalı çalarları ilə əvəz etməyə üstünlük veriblər.





-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı


































.jpg)
.jpg)

.jpg)